AZ

“Bu günkü bütün radikal və terrorçuluğa meylli təriqətlərin hamısının lideri iranlıdır” ŞƏRH

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Sosial ədalət şuarı ilə bir hərəkat şəklində ortaya çıxan Qərmətilərin sonda farslar sayəsində terror dövlətinə çevrilməsi, ideoloji böhran yaradıb daxili tənəzzülə gətirdi”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Tural İrfan deyib:

“Belə ki, 931-ci ildə bir fars gəncinin “Mehdi” elan edilməsi və onun İslam qanunlarını ləğv edərək Zərdüştlük ənənələrini bərpa etməyə çalışması hərəkat daxilində böyük şok yaratdı. Bu hadisə bir çox tərəfdarın uzaqlaşmasına səbəb oldu.

Hazırda İranın “Keyhan” qəzeti təbii ki, bunları yazmaz. Qəzet iddia edir ki, guya Bəhreyn əhalisi farsdır və özlərini iranlı sayır. Tamamilə əsassız iddiadır. Sadəcə vaxtilə farsların əhalini ideoloji cəhətdən zəhərlədiyi, ənənəvi İslama və müsəlmanlara qarşı terrora təhrik etdiyi tarixi həqiqətlərdir. 50 dən çox adadan təşəkkül tapan hazırki Bəhreyn krallığında əhalinin yarısı şiə, yarısı sünnidir. İdarə əl Xəlifə sünni qəbiləsinə məxsusdur. Hizbullahın İranın əlindən çıxması, silahı yerə qoyması barədə hazırda Livan-İsrail danışıqları gedir. İran müsəlman dünyasına problem yaratmadan yaşaya bilmir. Əgər Livan əldən çıxası olsa Bəhreyndə növbəti “Hizbullah” ı yaradıb indi də Körfəzi İsrail soyqırımına qurban etmək istəyir.

Bu günkü bütün radikal və terrorçuluğa meylli, özünü müsəlman məzhəbi adlandıran təriqətlərin hamısının lideri yaxud ideya müəllifi iranlıdır, farsdır. Bu gün Suriyaya xəyanət edib İsrailə satılan Druz təriqətinin də qurucusu Fatimi xəlifəsi Hakimin fars vəziri Həmzə bin Əlidir. Xəlifə Osmanın, Əlinin öldürülməsinə rəvac verən, xilafətə qarşı ilk üsyanı körükləyən də Yəmən əsilli, yarı yəhudi, yarı fars olan Abdullah bin Səbədir. İmam Əli onu və tərəfdarlarını quyuya töküb diri – diri yandırmışdır. Bu silsiləni çox uzatmaq olar. Lakin məsələ ondan ibarətdir ki, farslar və İran nəfəsli quruluşlar tarixən müsəlmanların birliyini pozub, mütəmadi şəkildə xəyanət edib, düşmən dəyirmanına su töküb. Mümkündür ki, ABŞ İran əli ilə Bəhreyn də daxil olmaqla Körfəz ölkələrini təhdid edərək tamamilə nəzarətinə keçirmək istəyir və İranla danışıqlar da bunun üzərindən aparılır. Çünki danışıqlar başlayan kimi İran Bəhreynə “göz dikəsi” oldu”.

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr