AZ

Kastronun nəvəsindən Trampa GİZLİ MƏKTUB

Kuba inqilabının liderlərindən olan Raul Kastronun nəvəsi ABŞ prezidenti Donald Trampa çatdırılması üçün gizli bir məktub göndərib.

Musavat.com "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, o, ötən həftə varlı Havanalı iş adamından adi diplomatik kanallardan yayınaraq ABŞ prezidentinə şəxsən gizli məktub çatdırmasını istəyib.

Diplomatik nota formasında tərtib edilən və rəsmi Kuba möhürü daşıyan məktubda Trampa iqtisadi və investisiya sazişləri, eləcə də sanksiyaların yumşaldılması təklif olunub.

Mətndə ən diqqətçəkən məqam isə Kuba rejiminin ABŞ-nin mümkün hərbi müdaxiləsinə hazırlaşması barədə verilən xəbərdarlıqdır.

Attachment

Məktubu çatdırmaq üçün kuryer kimi 37 yaşlı Roberto Karlos Çamiso Qonsales seçilib.

O, Kubada lüks avtomobillərin kirayəsi və elit turizm sektoru ilə məşğul olan tanınmış iş adamıdır. Amerikalı rəsmilər bu addımın rəsmi diplomatik korpusu yan keçərək birbaşa Ağ Evlə təmas qurmaq cəhdi olduğunu bildirirlər.

Bu gizli məktub "USA Today" qəzetinin şok məlumatları fonunda ortaya çıxıb. Belə ki, Pentaqon artıq Donald Trampın verə biləcəyi hücum əmrinə hazırlıq məqsədilə hərbi əməliyyatların planlaşdırılmasına başlayıb.

Prezident Tramp dəfələrlə bəyan edib ki, İrandakı hərbi əməliyyatlar başa çatdıqdan sonra növbəti hədəf Kuba olacaq.

O, adadakı yerli rejimin süquq edəcəyini və Amerika ordusunun adaya daxil olacağını açıq şəkildə vurğulayıb. Kastronun nəvəsinin məktubu da məhz bu gərginliyin və Havanadakı "işğal qorxusu"nun ən ciddi göstəricisi hesab olunur.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr