
Argentina milli komandasının və “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniya Kral Futbol Federasiyasının üçüncü divizionunda yer alan “Cornella” klubunu satın alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial media səhifəsində məlumat verib.
O, klubun səhmlərinin 100%-nin sahibi oldu.
Qeyd edək ki, bundan əvvəl portuqaliyalı hücumçu Kriştianu Ronaldonun İspaniyanın ikinci divizionunda çıxış edən “Almeriya” futbol klubunun 25%-lik səhmini əldə etdiyini bildirmişdi.