AZ

İqtisadçı Eldəniz Əmirovun kitabının təqdimatı olub

Tədbirdə UNEC-in rektoru, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasi ekspertlər, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.


Çıxış edənlər kitabda təqdim olunan “investisiya absorbsiyası” yanaşmasının əhəmiyyətini xüsusi vurğulamış, Azərbaycanın iqtisadiyyatında hansı sahələrin və hansı həcmdə investisiya qəbul etməyə hazır olduğu, bu sahələrin real tutumu və mənimsəmə qabiliyyətinin sistemli şəkildə təhlil olunduğuna diqqət çəkiblər. Əsərin ümumi xarakterli nəzəri yanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçün praktik istiqamətləndirici mənbə kimi hazırlandığı vurğulanıb.


Natiqlər bildriblər ki, kitab investorlara müxtəlif sektorlar üzrə investisiya imkanlarını, mövcud dövlət dəstəyi mexanizmlərini və bu imkanlardan istifadə yollarını aydın şəkildə müəyyən etməyə, eləcə də sərmayə qoyuluşlarının perspektiv geri dönüşünü qiymətləndirməyə imkan verir.


Kitabın həmçinin sənaye, aqrar sektor, turizm, logistika, informasiya texnologiyaları, enerji sahələri üzrə investisiya potensialının vahid çərçivədə təqdim olunması üçün investorun qərarvermə prosesini asanlaşdırdığı qeyd olunub.


Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan güzəştlərin “Güzəştlər Vadisi” modeli ilə təqdim edilməsi xüsusi vurğulanıb.


Çıxış edənlər bildiriblər ki, kitabda makroiqtisadi sabitlik, aparılan islahatlar və qeyri-neft sektorunun imkanları üzrə analitik yanaşma təqdim olunur və bu baxımdan əsər həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır.

AzVision.az



Seçilən
5
16
azvision.az

10Mənbələr