AZ

Kürdəmirin icra başçısı qatar stansiyasının fəaliyyətə başlamasından DANIŞDI

“Kürdəmir qatar stansiyası 1883-cü ildən fəaliyyətə başlamışdır və regionda həqiqətən də çox mühüm rol oynamışdır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirindən sonra keçirilən açılış mərasimində qeyd edib.

“Təxminən 6 ildən çoxdur ki, artıq stansiyamızın fəaliyyəti tam dayanmışdı. Buna da səbəb müasir tələblərə uyğun olmayan platformanın olması və inzibati binanın təmirli olmaması idi. Möhtərəm cənab Prezidentin regionların sosial-iqtisadi inkişafına verdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq bu günlərdə Kürdəmir qatar stansiyamız əsaslı təmir olunub, müasir tələblərə cavab verən yüksək səviyyəli stansiyamız inşa edilib, bu gün də sizlərlə birlikdə bu stansiyanın açılışındayıq. Mən bu sahədə bu vəziyyətə gəlməsində zəhməti olan, xüsusilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi Rövşən müəllim başda olmaqla bütün kollektivinə, rayon ictimaiyyətinə öz minnətdarlığımı bildirirəm. Biz hər gün bunun şahidi olurduq ki, çox qısa zaman kəsiyində bu səviyyədə bu inzibati binanı təmir etdilər”.

Aytəkin TOFİQQIZI

Seçilən
1
redaktor.az

1Mənbələr