AZ

“Dəmir yollarının uzun müddətdən sonra Kürdəmirə gəlməsi böyük bir bayramdır"

“Dəmir yollarının uzun müddətdən sonra Kürdəmirə gəlməsi böyük bir bayramdır və bu, inşallah həm sizlər üçün böyük, həm də çox yaxşı bir xidmət göstərəcək”.

Redaktor.az xəbər verir ki, bunu ADY-nin sədr müavini Arif Ağayev Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirindən sonra keçirilən açılış mərasimində qeyd edib.

“Əziz kürdəmirlilər, bu gün ilk simvolik səfərimizdir. Bu simvolik səfər münasibətilə sizlərin hər birini təbrik edirəm. Əslində Kürdəmir stansiyasının açılması dəmir yolunun özü üçün də çox vacib addımlardan biri idi. Kürdəmir özü ərazi olaraq, yerləşmə olaraq bu gün ölkədən keçən əsas dəmir yolu infrastrukturunun üzərindədir. Eyni zamanda yükdaşıma üçün çox önəmlidir və sərnişindaşımanın da keçdiyi əsas yolların üzərindədir, ona görə bizim üçün də bu yolun xüsusi əhəmiyyəti var”.

Aytəkin TOFİQQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr