Dərnəgül dayanacağının da istifadəyə verilməsi ilə bağlı işlər yekunlaşdırılır.
Teleqraf xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirdən sonra açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın zamanda həmin dayanacağın da açılacağı gözlənilir.