AZ

Azərbaycanda lirə işə yaramır deyə Bakıya getmirəm deyən Rıza Tamer öldü

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Benden sonra" mahnısı ilə son dövrlər geniş populyarlıq qazanan müğənni Rıza Tamer dünyasını dəyişib. Türkiyə mətbuatının yaydığı məlumata görə, ifaçı səhhətinin qəfil pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Müğənninin mətbuat katibi ağır xəbəri təsdiqləyərək hadisədən şokda olduğunu bildirib. Rıza Tamerin ölümü Türkiyədə kədərlə qarşılanıb.Qeyd edək ki, ifaçının adı ötən ilin yayında Azərbaycanda böyük səs-küyə səbəb olan bir hadisə ilə yadda qalmışdı. Belə ki, Bakıda keçirilməsi planlaşdırılan konserti ləğv edildikdən sonra o, buna səbəb kimi türk lirəsinin Azərbaycanda keçərli olmamasını göstərmişdi. "Türk lirəsinin işləmədiyi ölkələrdə konsert verməyəcəyəm" ifadəsi sosial şəbəkələrdə kəskin müzakirələrə yol açmışdı. Lakin daha sonra müğənni açıqlama yayaraq ölkəmizlə bağlı heç bir probleminin olmadığını və Bakıya səfərindən məmnun qaldığını vurğulamışdı.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
demokrat.az

1Mənbələr