AZ

İndoneziyada qəzaya uğrayan “Airbus”un qalıqları tapılıb

ain.az bildirir, Ayna portalına istinadən.

Helikopterin qəzaya uğraması nəticəsində göyərtədəki bütün sərnişinlər həlak olub

İndoneziyanın Qərbi Kalimantan əyalətinin Sekadau qraflığında radarlardan itən “Airbus” H130 helikopteri qəzaya uğrayıb.  AYNA.AZ “Reuters” agentliyinə istinadən xəbər verir ki, helikopterin qəzaya uğraması nəticəsində göyərtədəki bütün sərnişinlər həlak olub.

İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafiyə görə, helikopterin qəzaya uğradığı yer sıx meşəlik ərazidə, dik və təpəli relyefdə yerləşir.

O əlavə edib ki, təyyarədə altı sərnişin və iki heyət üzvü olub.

Yerli "Matthew Air Nusantara" aviaşirkətinə məxsus helikopter aprelin 16-sı günortadan sonra regiondakı şəhərlər arasında uçuş həyata keçirib. Təyyarə ilə əlaqə havaya qalxdıqdan qısa müddət sonra kəsilib.

İndoneziya hakimiyyəti helikopterin itkin düşdüyü güman edilən əraziyə təxminən 20 xilasedici göndərib. Əməliyyata İndoneziya Hərbi Hava Qüvvələrindən bir helikopter də cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
ayna.az

1Mənbələr