AZ

Avstraliyanın keçmiş əsgəri azadlığa buraxıldı

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Avstraliyanın ən yüksək mükafatlı keçmiş əsgəri Ben Roberts-Smith “Əfqanıstanda müharibə cinayətləri törətmək” ittihamı ilə saxlanıldıqdan sonra azadlığa buraxılıb.

"Cebheinfo.az" xəbər verir ki, “Australian Broadcasting Corporation” (ABC) xəbər verir ki, ötən həftə Sidney hava limanında saxlanılan 47 yaşlı keçmiş hərbçi Ben Roberts-Smithin məhkəmə iclası keçirilib.

2009–2012-ci illərdə Əfqanıstanda xidmət etdiyi müddətdə silahlı şəxsləri öldürdüyü iddiası ilə beş ayrı “müharibə cinayəti çərçivəsində qətl” maddəsi üzrə ittiham olunan Ben Roberts-Smithin vəkilləri bunun “presedentsiz bir iş” olduğunu bildiriblər.

Vəkillər qeyd ediblər ki, məhkəmə prosesi illərlə davam edə bilər və bu müddətdə Ben Roberts-Smithin həbsdə saxlanılması “məhkəmə araşdırmasının ədalətliliyini təhlükə altına sala bilər”.

İşin mümkün uzunluğuna dair müdafiə tərəfinin arqumentləri ilə razılaşan məhkəmə Ben Roberts-Smithin zaminə buraxılmasına qərar verib.

Qeyd edək ki, Avstraliyanın ən yüksək hərbi mükafatına layiq görülmüş və 2013-cü ildə ordudan ayrılmış Ben Roberts-Smith “ölkənin ən çox təltif olunan keçmiş hərbçisi” kimi tanınır.

Ben Roberts-Smith 2023-cü ildə Əfqanıstandakı xidməti zamanı törədildiyi iddia olunan müharibə cinayətləri ilə bağlı xəbərlərdən sonra bir sıra qəzet və jurnalistlərə qarşı qaldırdığı böhtan iddialarını uduzub.

Xatırladaq ki, Ben Roberts-Smith Əfqanıstanda müharibə cinayətləri ilə bağlı ittihamlar çərçivəsində 7 aprel tarixində Sidney hava limanında saxlanılmışdı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr