AZ

Zeynepdən Rza Tamer ilə bağlı paylaşım

Müğənni Zeynep Bastık bir neçə saat öncə vəfat edən, duet ortağı Rza Tamer haqqında paylaşım edib. 

Musavat.com xəbər verir ki, sənətçi təəccüb içində olduğunu bildirib:

"Üzgünəm, təəccüb içindəyəm. Yaxşı ki, səni tanıdım və duet oxuduq. Özümü şanslı hiss edirəm. Nur içində yat". 

2000-ci illərin əvvəllərində Türkiyənin ən çox izlənilən musiqi yarışmalarından biri olan "Popstar"da iştirak edən Tamer "Benden sonra" mahnısı ilə məşhurlaşmışdı. O, daha sonra sözügedən mahnını Zeynep Bastıkla duet şəklində ifa etmişdi.

İfaçı ötən ilin iyun ayında Bakıdakı konsertini ləğv etmişdi. Buna səbəb kimi Azərbaycanda Türkiyə lirəsindən istifadə edə bilməməsini göstərmişdi.

Könül
Musavat.com 

WhatsApp

Seçilən
19
musavat.com

1Mənbələr