AZ

ABŞ-ın nəhəng aviadaşıyıcılarında aclıq: Ən güclü ordu bir parça ətə möhtac qalıb

Yaxın Şərqdə yerləşdirilən ABŞ-ın "USS Abraham Lincoln" və "USS Tripoli" aviadaşıyıcılarında ciddi qida çatışmazlığı yaşanır.

Publika.az "USA Today" nəşrinə istinadən xəbər verir ki, gəmilərdəki heyət üzvləri həm qidaların keyfiyyətsizliyindən, həm də azlığından şikayət edirlər.

Dənizçilərin paylaşdığı fotolarda nahar sinilərində yalnız kiçik bir tikə ət, bir ədəd lavaş, bişmiş kök və quru kotlet görünür. Təzə tərəvəzlərin tamamilə bitdiyi, ehtiyatların tükəndiyi və hərbçilərin yeməyi öz aralarında bərabər bölmək məcburiyyətində qaldıqları bildirilir.

"Dünyanın ən güclü ordusu bizim ordudur. Siz qida çatışmazlığı yaşamamalı idiniz", - deyə "USS Tripoli" gəmisində xidmət edən dəniz piyadasının atası bildirib.

Hərbçi özü isə ailəsinə xəbərdarlıq edərək yazıb: "Ehtiyatlar tamamilə tükənmək üzrədir, şəxsi heyətin mənəvi ruhu minimuma enəcək".

Seçilən
23
publika.az

1Mənbələr