AZ

İranın magistral neft kəmərində yanğın baş verib

Bakı. Trend:

İranın qərbində yerləşən magistral neft kəmərində yanğın başverib.

Trend İranmediasına istinadən xəbər verir ki, bu barədə Lurestan vilayətinininzibati rəhbərinin müavini bildirib.

Məlumata görə, yanğın səhər saatlarında baş verib və magistralxəttin Rəzan aşırımının yaxınlığından keçən hissəsində zədələnmənəticəsində meydana gəlib.

Yanğının səbəbləri hələlik bəlli deyil.

Bundan əvvəl İran xəbərdar edib ki, əgər ABŞ ölkədəki elektrikstansiyalarına zərbə endirsə, Yaxın Şərqdəki hədəflərin siyahısınıgenişləndirəcək.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr