AZ

Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi

Bakı. Trend:

Vahid xəzinə hesabının sərbəst qalığının hansı istiqamətlərəyönəldiləcəyi məlum olub.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakıistiqamətlərə yönəldiləcək:

  • dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin(fərqin) maliyyələşdirilməsinə:
  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişqaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlətbüdcəsində nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonunaartıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icrahakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;
  • Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadəolunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiqolunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraqproqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərinməbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərinməbləğindən az olduqda);
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi tərəfindən mənzillərin satışından əldə olunan və ilinsonuna qalan xərclənməmiş vəsait hesabına Azərbaycan RespublikasıPrezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər ilüçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraqproqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərinməbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərinməbləğindən az olduqda).
  • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindənAzərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmış məbləğdəDövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərininartırılmasına.
Seçilən
13
7
az.trend.az

9Mənbələr