AZ

Ermənistan Azərbaycan üzərindən idxal rəqəmlərini AÇIQLAYIB

Ermənistanda Azərbaycan üzərindən idxalla bağlı 2025-ci ilin noyabrından 2026-cı il 15 aprel tarixinə qədər olan dövrü əhatə edən idxal və tranzit daşımaları ilə bağlı yeni statistik məlumatlar yayılıb.

Day.Az Ermənistan Dövlət Gəlirləri Komitəsi və İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müddətdə Azərbaycan üzərindən Rusiya və Qazaxıstandan Ermənistana ümumilikdə 26 295 ton yük daşınıb.

Rəqəmlərə əsasən, daşınan yüklərin tərkibində 24 865 ton buğda, 1362 ton gübrə və 68 ton qarabaşaq yarması yer alıb. Eyni zamanda, Azərbaycan ərazisi vasitəsilə Ermənistanın logistika marşrutlarından istifadə etməsi regional ticarət əlaqələrinin genişlənməsi kimi qiymətləndirilir. Ermənistan tərəfi bu prosesin iqtisadi əməkdaşlıq və sülh mühitinə töhfə verdiyini bildirir.

Bundan əlavə, 2025-ci ilin dekabrından 2026-cı il aprelin 15-dək olan dövrdə Azərbaycandan Ermənistana dəmir yolu ilə 9 337 ton yanacaq idxal edilib. Bu həcmdə yanacağın ümumi gömrük dəyəri təxminən 7,2 milyon ABŞ dolları təşkil edir. Onun 5 398 tonu dizel, 3 939 tonu isə benzin olub. Rəsmilər bu göstəricilərin regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının formalaşdığını göstərdiyini qeyd edirlər.

Seçilən
15
day.az

1Mənbələr