AZ

Məktəbdəki hadisəyə görə Yeraltı və Eşref Rüya nın məzmunu dəyişdiriləcək

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Türkiyədə baş verən məktəb qətliamından sonra cəmiyyətin reaksiyasını nəzərə alan televiziya kanalları və prodüserlər seriallarda silahlı və dava-dalaşlı səhnələri azaltmaq məcburiyyətində qalıblar.Demokrat.az-ın məlumatına görə Türkiyənin reytinqli ekran işlərində məzmun dəyişikliyi olacaq. "Yeraltı”, “Eşref Rüya”, “A.B.İ” və “Taşacak bu deniz” seriallarının ssenari xətlərində ciddi düzəlişlər ediləcək.Bu qərarın verilməsinə aprelin 15-də Kahramanmaraşda baş verən qanlı hadisə səbəb olub. Məktəblərin birində 10 nəfərin ölümü ilə nəticələnən silahlı hücum ölkədə böyük sarsıntı yaradıb. Bu faciədən sonra cəmiyyətdə televiziya layihələrindəki zorakılıq və silah səhnələri yenidən kəskin tənqid olunmağa başlayıb.Yaranmış vəziyyətlə əlaqədar ssenaristlər seriallardakı şiddət ehtiva edən hissələri minimuma endirməyi planlaşdırır. Məsələ təkcə yaradıcılıqla məhdudlaşmır. Ekran işlərinə sponsorluq edən iri şirkətlərin də mövcud əməkdaşlıqları dayandıracağı ilə bağlı xəbərlər yayılıb.Qeyd edək ki, faciəyə görə “Yeraltı”, “Eşref Rüya”, “Sevdiğim sensin” və “Delikanlı” seriallarının yayımı artıq bir neçə gündür dayandırılıb.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
demokrat.az

1Mənbələr