AZ

Qlobal bazarlarda KRİTİK HƏFTƏ: Müharibə, faizlər və inflyasiya qərarları GÜNDƏMDƏ

Qarşıdakı həftə qlobal maliyyə bazarlarında əsas diqqət geosiyasi risklər və iqtisadi göstəricilər üzərində cəmlənəcək.

Day.Az-ın araşdırmasına görə ABŞ-İran danışıqları ilə bağlı optimist siqnallar, xüsusilə ABŞ Prezidenti Donald Trampın müharibənin bitə biləcəyinə dair açıqlamaları bazarlarda müsbət əhval yaradıb.

Lakin inflyasiya göstəricilərinin artması və iqtisadi aktivliyin zəifləməsi bu optimizmi zəiflədə bilər.

Həftənin əsas hadisələrindən biri ABŞ-də Kevin Vorşun Konqresdə çıxışı olacaq. O, Federal Reserve rəhbərliyinə mümkün namizəd kimi diqqət mərkəzindədir. Eyni zamanda enerji bazarlarında qeyri-müəyyənlik qalır. Neft qiymətləri yüksək səviyyədədir və Hörmüz boğazı ilə bağlı risklər davam edir. Bu vəziyyət mərkəzi bankların faiz siyasətinə və şirkətlərin gəlirlərinə birbaşa təsir göstərir.

Digər tərəfdən, ABŞ, Avropa və Asiyada açıqlanacaq iqtisadi göstəricilər bazarların istiqamətini müəyyən edəcək. Xüsusilə PMI indeksləri və inflyasiya rəqəmləri investorların diqqətindədir. Çin və digər Asiya ölkələrində mərkəzi bank qərarları, eləcə də inkişaf etməkdə olan bazarlarda valyuta sabitliyi əsas mövzulardan olacaq.

Nəsimi Ələsgərli 

Seçilən
19
day.az

1Mənbələr