AZ

Regionların öz problemlərini həll etdiyi bir sistem qurulur -

Dünyada regionların problemlərini özləri həll etdiyi yeni bir nizam yaranır.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bu barədə 5-ci Antalya Diplomatiya Forumu (ADF) 2026 çərçivəsində mətbuat nümayəndələrinə açıqlamalar verib.

"Əhəmiyyətli olan odur ki, küçələrdəki insanlar ümiddən başqa bir şey hiss etməyə başlayırlar və hazırda baş verənlər də budur",-Suriyadakı vəziyyəti uğurlu bir təcrübə kimi xarakterizə edən Barak bildirib.

O iddia edib ki, ABŞ Prezidenti Donald Tramp zəruri hesab etdiyi hər yerdə "güc və rifah vasitəsilə sülh" prinsipinin təsirindən istifadə edir.

"Lazım gəldikdə müdaxilə edəcəyik, lakin 1945-ci ildən bəri dünyada qüvvədə olan hərbi müdafiə və təhlükəsizlik müqaviləsi dəyişir. Hər kəs öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır",-deyə o əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr