AZ

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrəixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazirƏli Əsədov imzalayıb. Qərara əsasən, “daşınmaz əmlakın idarəolunması” ixtisası da sözügedən siyahıya əlavə edilib.

Trend xəbərverir ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisası AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli, 503nömrəli qərarı ilə təsdiq edilmiş bakalavriat ixtisaslarınıntəsnifatında texniki və texnoloji ixtisaslar qrupuna aidedilib.

Təsnifata əsasən, bu ixtisas qrupu isə I ixtisas qrupunadaxildir. Beləliklə, bu ixtisas üzrə təhsil almaq istəyənabituriyentlər I ixtisas qrupu üzrə imtahan verməlidirlər.

Bəs yeni ixtisas üzrə plan yerləri necə müəyyənləşəcək?

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən sorğumuza cavabolaraq bildirildi ki, plan yerləri Nazirlər Kabineti tərəfindəntəsdiqləndikdən sonra DİM-ə təqdim olunur:

"DİM həmin plan yerlərini “Abituriyent” jurnalında dərc edir vəqəbul prosesini buna uyğun həyata keçirir. Qeyd olunub ki, planyerlərinin müəyyənləşdirilməsi DİM-in səlahiyyətinə aid deyil —qurum yalnız təsdiq edilmiş yerlər üzrə qəbul aparır".

Qeyd edək ki, Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsiüzrə ixtisaslar əsasən ixtisas qrupları üzrə formalaşdırılır.Hazırda ölkədə I, II, III, IV və V ixtisas qrupları mövcuddur və buqruplar üzrə yüzlərlə ixtisas tədris olunur.

Seçilən
42
8
az.trend.az

9Mənbələr