AZ

Dağıstan üçün 5 milyon ianə etdi

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyalı müğənni Qriqori Leps Dağıstan sakinlərinə yardım məqsədilə xeyriyyə fonduna 5 milyon rubl ianə edib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçının mətbuat xidməti məlumat yayıb.

Sənətçi həmçinin respublikadakı vəziyyət sabitləşdikdən sonra xeyriyyə konserti təşkil edəcəyinə söz verib. O, baş verənləri bütün ölkə üçün böyük faciə adlandırıb.

Xatırladaq ki, martın sonunda Şimali Qafqaz regionlarında genişmiqyaslı daşqınlar baş verib və Dağıstan hüdudlarından kənara da yayılıb. Çeçenistan ərazisində təxminən 2 min ev su altında qalıb və fövqəladə vəziyyət elan edilib.

Maxaçkala şəhərində üç əsas enerji mərkəzi su altında qalıb və 65 min abunəçi işıqsız qalıb.

Aprelin 5-nə keçən gecə Dağıstanda son günlər ərzində ikinci daşqın baş verib. Buna səbəb isə intensiv yağıntılar olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
axsam.az

1Mənbələr