AZ

ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb

Bakı, 18 aprel, AZƏRTAC

ABŞ və İran arasında yekun atəşkəs sazişinin bağlanması üzrə işlərin artıq 80 faizi tamamlanıb, lakin tərəflər bundan sonra daha çox çeviklik nümayiş etdirməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

CNN onun sözlərindən sitat gətirir: “Biz artıq işin 80 faizindən çoxunu görmüşük.. İndi hər iki tərəf çeviklik göstərməlidir”.

Dar vurğulayıb ki, danışıqlarda vasitəçilik edən Pakistan tərəflərin hərtərəfli razılığa gəlməsini təmin etmək üçün səylərini davam etdirəcək.

Lakin Pakistanlı mənbə “Əl-Cəzirə”yə bildirib ki, atəşkəsə nail olmaq üçün hələ çox iş görülməlidir. Bununla belə, İslamabad müsbət nəticəyə ümid edir.

Mənbənin sözlərinə görə, “Ümidimiz var və regionda sülh naminə yorulmadan çalışırıq. Buna nail olmaq üçün hər şeyə hazırıq”.

Seçilən
22
1
azertag.az

2Mənbələr