AZ

ABŞ Almaniyaya 12 milyard dollara yaxın hərbi texnika satmağı planlaşdırır

BAKI, 18 aprel. TELEQRAF

ABŞ Almaniyaya ümumi dəyəri 11,9 milyard dollar olan hərbi texnika satmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, paketə radiolokasiya müşahidə stansiyaları, dəniz bazalı MK-41 raket buraxılış qurğuları, həmçinin naviqasiya və radioelektron mübarizə sistemləri daxildir.

Məlumata görə, əsasən donanma üçün nəzərdə tutulan elektronika və silah sistemlərini əhatə edən bu razılaşma Almaniyanın Avropada siyasi sabitlik və iqtisadi inkişafın mühüm dayağı kimi təhlükəsizliyini gücləndirməyə xidmət edəcək.

Qeyd olunur ki, müqavilənin icrasında əsas podratçılar Lockheed Martin və RTX Corporation şirkətləri olacaq.

Seçilən
53
6
teleqraf.com

7Mənbələr