AZ

Qəzaya düşdü, komaya salındı

Portuqaliyalı orta məsafə qaçışı üzrə atlet Etson Barros yol-nəqliyyat hadisəsinin iştirakçısı olub.

Publika.az xəbər verir ki, hadisə 15-dən 16 aprelə keçən gecə baş verib. Bu barədə “A Bola” məlumat yayıb.

Məlumata görə, idmançı avtomobili idarə edə bilməyib və nəqliyyat vasitəsi Lissabon ətrafında qəzaya uğrayaraq aşıb. Atlet hadisə zamanı huşunu itirməyib və xəstəxanaya çatdırılıb, lakin daha sonra həkimlər tərəfindən süni komaya salınıb.

Onun bədənində sınıq aşkarlanmayıb. Aparılan analizlərə əsasən, Barrosun alkoqoldan istifadə etmədiyi də müəyyən edilib.

Seçilən
70
publika.az

1Mənbələr