AZ

Lebron Ceyms karyerasını bitirmək qərarını hələ verməyib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Los-Anceles Leykers”in lideri Lebron Ceyms gələcəyi ilə bağlı hələ qəti qərar verməyib və 2025/2026 mövsümünün sonunda karyerasını bitirəcəyini elan etməyi planlaşdırmır.

İdman.Biz “The Athletic” nəşrinə istinadla xəbər verir ki, 41 yaşlı basketbolçuya yaxın mənbələr onun çıxışını davam etdirib-etdirməyəcəyi ilə bağlı tərəddüddə olduğunu bildiriblər.

Məlumata görə, karyerasını sonlandırmaq hələ də variantlar arasındadır, lakin guya planlaşdırılan vida turu haqqında söhbətlər həqiqəti əks etdirmir. Bu cür iddialar həm Ceymsin özü, həm də ətrafı tərəfindən dəfələrlə təkzib olunub.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
icma.az

1Mənbələr