AZ

“Liverpul”da böyük təmizləmə: 9 futbolçu yolçudur

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İngiltərinin “Liverpul” futbol klubu yay transfer pəncərəsində heyətdə ciddi islahatlar aparmağı planlaşdırır. İngiltərə klubunun doqquz futbolçu ilə vidalaşacağı gözlənilir.

İdman.Biz “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, mersisaydlılar Co Qomes, Aleksis Makallister, Harvi Elliott, Körtis Cons və Federiko Kyezanı satmağa hazırdır. Klub bu oyunçular üçün gələcək sərfəli təklifləri dəyərləndirəcək.

Bundan əlavə, Endryu Robertson, Məhəmməd Salah, Kelvin Remzi və Ris Vilyamsın komandanı mütləq tərk edəcəyi bildirilir. Xüsusilə Salah və Robertsonun gedişi klubda bir dövrün sonu kimi qiymətləndirilir.

Qeyd edək ki, komandanın liderlərindən olan Məhəmməd Salahın hazırkı bazar dəyəri təxminən 55 milyon avro (110 milyon AZN) civarındadır.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
icma.az

1Mənbələr