AZ

"Real Madrid" Vinisiusun taleyi ilə bağlı qərar verib

"Real Madrid" futbol klubunun rəhbərliyi 25 yaşlı braziliyalı cinah oyunçusu Vinisius Junior ilə müqaviləni uzatmaq istəyir.

"Report"un xəbərinə görə, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, cinah oyunçusuna yaxın gələcəkdə yeni müqavilə təklif olunacaq. Braziliyalı futbolçunun 2023-cü ildə təkmilləşdirilmiş şərtlərlə imzaladığı hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Daha əvvəl bildirilib ki, başqa heç bir klub bu yay Vinisiusu transfer etmək istəmir.

Cari mövsüm cinah oyunçusu 47 matçda meydana çıxıb, 17 qol vurub və 14 məhsuldar ötürmə edib. "Transfermarkt" saytının məlumatına görə, onun hazırkı dəyəri 150 milyon avrodur.

Seçilən
18
2
far.az

3Mənbələr