AZ

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Sağlam və dayanıqlı şəhər naminə" adlı növbəti ağacəkmə aksiyası keçirilib. 

Aksiyada rayonun idarə və müəssisələrinin, xidmət sahələrinin, ictimaiyyətin nümayəndələri, "Regional İnkişaf" İctimai Birliyinin (RİİB), Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Regional "ASAN xidmət" mərkəzinin və  Gənclər Evi Sosial Xidmət Müəssisəsinin  könüllüləri iştirak ediblər.

Ətraf mühitin qorunması və təbii resursların səmərəli istifadəsini təşviq etmək məqsədilə təşkil olunan aksiyada 600 həmişəyaşıl "Eldar şamı" ağacı əkilib, ağaclar suvarılıb və dayaqlarla bərkidilib.

Bu cür aksiyalar insanların ekoloji problemlər barədə məlumatlığını artırmaqla yanaşı, onları təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq edir, eyni zamanda cəmiyyətin ekoloji şüurunun formalaşmasında mühüm rol oynayır və daha sağlam, "yaşıl gələcəy"in qurulmasına xidmət edir.

S.QUBADOĞLU,

 "Azərbaycan"

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr