AZ

Üç dəfə meydana çıxmayan rayon komandası liqadan kənarlaşdırıldı

AFFA İntizam Komitəsi U-12 liqasında mübarizə aparan "Şorsu"nu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

29 mart 2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməli olan "Şorsu" (Şəki) - "Alfa" (Zaqatala) oyunu "Şorsu"nun təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb.

Ona görə də Şəki təmsilçisi 0:3 hesablı texniki məğlubiyyət verilin.

Bu hal 3-cü dəfə təkrarlandığı üçün "Şorsu" yarışdan kənarlaşdırılıb.

Seçilən
18
1
sportinfo.az

10Mənbələr