AZ

FHN əhaliyə müraciət etdi

Bakı.Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxıngünlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağçaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabirgüclü külək əsəcəyi proqnozlaşdırılır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqətitikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrikdirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyəolunur.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilənhava ilə bağlı əhaliyə müraciətində qeyd olunub.

“Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsiilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli havaşəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayətedilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə havadadənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel vədaşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaqdurmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyəqalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçünelektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə,mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrikxətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləmək lazımdır”,-məlumatdabildirilib.

Seçilən
77
4
az.trend.az

10Mənbələr