Qurban Qurbanov Elvin Cəfərquliyevi əvəzedici komandaya göndərib.

Rekord.az xəbər verir ki, bunun intizamsızlıqla bağlı olduğu deyilir.

Lakin əldə etdiyimiz məlumata görə, burada başqa səbəb də var. Elvinin "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatır. Qurban Qurbanov onun qalmasını istəyir və Ağdam klubu da futbolçuya 3 illik yeni müqavilə təklif edib. Lakin nüdafiəçi hələ ki, bu təklifə müsbət cavab verməyib. Etibarlı mənbədən aldığımız məlumata görə, Cəfərquliyevə həm yerli, həm də əcnəbi klublardan ciddi təkliflər var. Hətta Elvinin "Neftçi" ilə danışıq apardığı da bizə çatan məlumatlar sırasındadır. Qurban Qurbanovu da özündən çıxardan məhz budur ki, onun təklifinə müsbət cavab verməyən Elvin "Neftçi" ilə danışıq aparır. Təbii ki, belə bir periodda edilən intizamsızlıq da baş məşqçi üçün fürsət olub ki, futbolçunu əvəzedici komandaya göndərsin.