AZ

Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək

Yunanıstan çempionatında bu həftəsonu çempionluq qrupunun 2-ci turunda ''Olimpiakos'' ''Panatinaikos''un qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, bu dəfə Yunanıstan futbolunun ən prinsipial matçını Türkiyədən olan hakimlər briqadası idarə edəcək. İki ölkə federasiyasının anlaşmasına əsasən bu oyuna türkiyəli FİFA referisi Xəlil Umut Meler təyinat alıb. Onun köməkçiləri İbrahim Çağlar Uyarcan və Abdulla Bora Özkara olacaq.

''Apostolos Nikolaidis'' stadionunda oynanılacaq qarşılaşma aprelin 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. ''Olimpiakos'' ötən həftə evdə AEK-ə uduzmaqla çempionluq yolunda ciddi zərbə aldı və çempionluq qrupunda 3-cü pilləyə gerilədi. Türkiyənin ən təcrübəli hakimlərindən olan Meler Yunanıstanda ilk dəfə oyun idarə etməyəcək.

O, ötən il də çempionluq qrupunda baş tutan AEK - Olimpiakos matçını idarə etmişdi.

Seçilən
33
football-plus.az

1Mənbələr