Bakı. Trend:
Dünya hələ də ənənəvi enerji mənbələrindən asılıvəziyyətdədir.
Trend xəbərverir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrənümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalya DiplomatiyaForumu çərçivəsində keçirilən panel müzakilərində bildirib.
Onun sözlərinə görə, artıq ölkələrin öz enerji təhlükəsizliyinitəmin etməsinin vaxtıdır:
" Türkiyədə keçiriləcək COP31 əvvəlki COP-larda qəbul edilmişqərarların icrası məsələsinə fokuslanacaq. Təəssüf ki, əvvəlkiCOP-larda qəbul edilən qərarların böyük bir hissəsi hələ də icraolunmayıb. COP31-in Türkiyədə təşkil olunması enerji keçidiprosesinin necə uğurla həyata keçirilə biləcəyini göstərməkbaxımından mühüm bir imkan olacaq".