AZ

Böyük Britaniya İrana çağırış etdi

“İranla müharibədə atəşkəsə baxmayaraq, Hörmüz boğazı hələ də normal fəaliyyətə qayıtmayıb”.

“Cebheinfo.az”-ın məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper belə deyib.

Xanım Kuper Tehranı qlobal gəmiçiliyin tam bərpasına icazə verməyə çağırıb.

“Atəşkəs rejimi tətbiq olunduğu üçün kritik diplomatik bir məqamdayıq... amma boğazdan hələ normal keçidimiz yoxdur”, - deyə diplomat “Reuters”ə açıqlamasında qeyd edib. 

O, atəşkəsin davamlı sülhə çevrilməli olduğunu vurğulayıb. Kuper əlavə edib ki, gəmiçilikdə naviqasiyanın bərpası qlobal iqtisadiyyat üçün təxirəsalınmaz vəzifədir.

Seçilən
25
cebheinfo.az

1Mənbələr