AZ

Rusiyada aeroportlar fəaliyyətini DAYANDIRDI

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Rusiyanın Çerepovets və Voloqda hava limanlarında təyyarələrin qəbul və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Aviasiya Agentliyinin nümayəndəsi Artem Korenyako Telegram kanalında məlumat verib.

 

Qeyd olunur ki, bu məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Rusiyanın hava limanlarında bu cür tədbirlər adətən pilotsuz uçuş aparatları (PUA) hücumu təhlükəsi fonunda tətbiq edilir.

Bundan əvvəl Orenburq, Nijnekamsk (Beqişevo), Buqulma, Yaroslavl və Nijni Novqorod hava limanlarında da oxşar məhdudiyyətlərin tətbiq olunduğu bildirilmişdi. Hələlik həmin məhdudiyyətlərin ləğvi ilə bağlı məlumat verilməyib.Eyni zamanda Sankt-Peterburqdakı Pulkovo Airport da uçuş məhdudiyyətlərindən təsirlənib. Bildirilir ki, hava limanı reysləri müvafiq qurumlarla razılaşdırılmış qaydada qəbul edir və göndərir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
bizim.media

2Mənbələr