“Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü Zaur Qəhrəmanov AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovu istefaya çağırıb.
Msport.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə paylaşım edib:
“Rəhim Həsənovun mənliyi varsa, bu oyundan sonra istefa verməlidir”.
Qeyd edək ki, Z.Qəhrəmanov hazırda SOCAR prezidentinin müşaviridir.
9 il “ağ-qaralar”ın Müşahidə Şurasında olan Z.Qəhrəmanov 2024-cü ilin martında bu vəzifəsindən ayrılmışdı.
