AZ

ABŞ və İran arasında atəşkəs sazişi ilə bağlı işlər 80 faiz başa çatıb

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Ümidimiz var və regionda sülh naminə yorulmadan çalışırıq"

ABŞ və İran arasında yekun atəşkəs sazişinin bağlanması üzrə işlərin artıq 80 faizi tamamlanıb, lakin tərəflər bundan sonra daha çox çeviklik nümayiş etdirməlidirlər. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

CNN onun sözlərindən sitat gətirir: “Biz artıq işin 80 faizindən çoxunu görmüşük.. İndi hər iki tərəf çeviklik göstərməlidir”.

Dar vurğulayıb ki, danışıqlarda vasitəçilik edən Pakistan tərəflərin hərtərəfli razılığa gəlməsini təmin etmək üçün səylərini davam etdirəcək.

Lakin Pakistanlı mənbə “Əl-Cəzirə”yə bildirib ki, atəşkəsə nail olmaq üçün hələ çox iş görülməlidir. Bununla belə, İslamabad müsbət nəticəyə ümid edir.

Mənbənin sözlərinə görə, “Ümidimiz var və regionda sülh naminə yorulmadan çalışırıq. Buna nail olmaq üçün hər şeyə hazırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
3
ayna.az

4Mənbələr