AZ

İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı

İngiltərə futbolunun əfsanəvi isimlərindən olan Qari Lineker Kriştiano Ronaldo ilə aralarındakı soyuqluq barədə diqqətçəkən acıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, Linekerin anlatdığına görə Lionel Messiyə olan rəğbəti üzündən Kriştiano onu sosial şəbəkədə təqibdən çıxardıb. Lineker Messi ilə Ronaldo arasında uzun illərdi davam edən tarixi rəqabətdə öz mövqeyini hər zaman açıq şəkildə dilə gətirərək hər fürsətdə argentinalıya təriflər yağdırıb.

"The Rest is Football'' podkastında Alan Şirer və Mayka Riçards ilə birlikdə iştirak edən 65 yaşlı Lineker bu mövzuda bunları deyib:

''Kriştiano Ronaldo məni çox da sevmir. Əslində onu qəzəbləndirəcək bir söz deməmişəm. Sadəcə mən dürüstəm və Messinin hər zaman üstün olduğunu düşünmüşəm. Bu üzdən Ronaldo məni ''instaqram''da təqibdən çıxardıb. Ancaq Kriştianonu insan kimi hər zaman sevəcəm. Onunla tədbirlərdə bir neçə dəfə yolumuz kəsişib və görüşmüşük. Məndən bir qədər incisə də, bunun ciddi problem olduğunu düşünmürəm. Hətta burdan yenidən ona səslənirəm. Mənə zəng vursun və yenidən dostlaşaq''.
Seçilən
11
1
football-plus.az

2Mənbələr