AZ

Azərbaycan "C5+" formatını gücləndirir və yeni imkanlar yaradır - Özbəkistan XİN

Bakı. Trend:

Azərbaycanın “C5+” formatında iştirakı regional sinerjini əlavəolaraq gücləndirir, investisiya, ticarət, enerji və nəqliyyatsahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Trend xəbər verirki, bunu Özbəkistanın xarici işlər nazirinin müavini MüzəffərMadrahimov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panelmüzakirəsində deyib.

Onun sözlərinə görə, dövlət başçılarının müntəzəm məsləhətləşməgörüşləri regional qarşılıqlı fəaliyyət üçün möhkəm əsas və həyatiəhəmiyyətli məsələlər üzrə razılaşdırılmış qərarların qəbuledilməsi üçün effektiv mexanizmə çevrilib.

“Nəticədə praqmatizm və qarşılıqlı fayda prinsiplərinə əsaslananyeni regionalizm modeli formalaşır. Bu, "C5+" formatını gücləndiribvə onun qlobal dialoq və diplomatiya arxitekturasındakı rolunumöhkəmləndirib. Azərbaycanın iştirakı isə regional sinerjini dahada artıraraq investisiya, ticarət, enerji və nəqliyyat sahələrindəəməkdaşlıq üçün yeni imkanlar yaradır”, - deyə o qeyd edib.

Madrahimov vurğulayıb ki, Özbəkistan ilk növbədə Mərkəzi Asiyavə türk dünyası ölkələri, o cümlədən Türkiyə və Azərbaycanla, eləcədə Çin, Rusiya, Avropa İttifaqı, ABŞ və digər dövlətlər daxilolmaqla geniş beynəlxalq tərəfdaşlar dairəsi ilə geniş vəqarşılıqlı faydalı əməkdaşlığa açıqdır.

Məqalədə:
Seçilən
9
1
az.trend.az

2Mənbələr