BAKI, 18 aprel. TELEQRAF
Sovet xalqına qarşı törədilmiş soyqırımı ilə bağlı məsuliyyət məsələsi hələ də qapanmayıb və bu istiqamətdə hüquqi işlər davam etdirilir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "TASS"-a müsahibəsində bildirib.
O qeyd edib ki, bu məsələ hüquqşünasların və hüquqi ekspertlərin iş sahəsinə aiddir və nasistlər tərəfindən mülki əhaliyə, hərbi əsirlərə qarşı törədilmiş cinayətlərin tanınması ilə bağlı qərarlardan sonra da iş başa çatmayıb.
"Həmçinin Rusiyanın 22 mart 2023-cü il tarixli bəyanatında Belçika, İtaliya, İspaniya, Niderland, Norveç, Finlandiya və digər ölkələrdən olan silahlı bölmələrin, eləcə də Avstriya, Latviya, Polşa, Fransa və Çexiyadan könüllülərin nasist Almaniyası ilə əməkdaşlığı qeyd edilib. Orada işğal olunmuş ərazilərdə yaşayan bəzi şəxslərin də Hitler rejiminə xidmət etdiyi qeyd olunub".