AZ

“Şamaxı” Yevlax səfərində - CANLI YAYIM

Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək.

Qonaqlar 32 xalla 8-ci, meydan sahibləri 11 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında çempionluğa iddialı komandalar - "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.

"Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır.

Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

15:30. "Karvan-Yevlax" – "Şamaxı"
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Yevlax şəhər stadionu

19:30. Qarabağ – Sabah
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30

Seçilən
25
sportinfo.az

1Mənbələr