AZ

MÜSİAD Azərbaycan üzvlərinin V “BirvəBərabər” görüşü keçirilib

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

MÜSİAD Azərbaycan Ticarət və Sektor Şuraları Komissiyasının təşkilatçılığı ilə VİDAL Özəl Sənaye Məhəlləsində üzvlər arasında V “BirvəBərabər” adlı netvörkinq görüşü keçirilib.

Modern.az-ın məlumatına görə, tədbirin açılış nitqi ilə çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan dərnəyin son aylardakı fəaliyyəti, həyata keçirilmiş layihələr və qarşıya qoyulan strateji hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, ictimai birlik olaraq əsas məqsədlərdən biri üzvlərin hüquq və mənafelərinin qorunması, eləcə də üzvlər arasında əməkdaşlığın təşviq edilməsidir. Fuat Kayhan dostluq və qardaşlıq mühitində keçirilən bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb və tədbirə ev sahibliyi edən VİDAL Özəl Sənaye Məhəlləsinə xüsusi təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən "Industrial Management and Development MMC" nin direktor müavini Cavid Qurbanlı VİDAL Özəl Sənaye Məhəlləsinin əsas məqsədinin Azərbaycanda sənaye ekosisteminin formalaşmasına töhfə vermək və Kiçik və Orta Biznesin inkişafını dəstəkləmək olduğunu qeyd edib. O, çıxışı zamanı investisiya təşviqi sənədi çərçivəsində rezidentlər üçün nəzərdə tutulan güzəştlər və digər imtiyazlar barədə geniş məlumat təqdim edib. Bildirilib ki, bu güzəştlərə 7 il müddətində mənfəət və gəlir vergisinə 50 faiz güzəşt, əmlak və torpaq vergisindən 100 faiz azadolma, həmçinin sənaye məhəlləsi daxilində istehsal fəaliyyəti məqsədilə idxal olunan avadanlıqlar üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan 100 faiz azadolma daxildir.

VİDAL Özəl Sənaye Məhəlləsinin direktoru Teyyub Cabbarov isə rezidentlər üçün yaradılmış müasir infrastruktur haqqında ətraflı məlumat verib. O bildirib ki, 11 mərtəbədən ibarət bina bütün müasir texniki standartlara cavab verən istehsalat və elmi-texniki araşdırma mərkəzi kimi uğurla fəaliyyət göstərir. Teyyub Cabbarov, həmçinin Azərbaycan sənayesinin inkişafında gənc startapların roluna xüsusi diqqət çəkərək, bu istiqamətdə sənaye məhəlləsində inkubasiya mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb.

MÜSİAD Azərbaycan Ticarət və Sektor Şuraları Komissiyasının sədri Samir Babaoğlu çıxışında dərnəyin əsas dəyərlərindən bəhs edərək bildirib: “MÜSİAD Azərbaycan yalnız bir platforma deyil, həmrəylik, dostluq və ortaq dəyərləri özündə birləşdirən böyük bir ailədir. Ümid edirəm ki, bu gün keçirilən görüş və qurulan əməkdaşlıqlar həm MÜSİAD Azərbaycan, həm də VİDAL Özəl Sənaye Məhəlləsi üçün uğurlu nəticələr verəcək.”

Tədbir çərçivəsində MÜSİAD Azərbaycan üzv şirkətləri olan Zivella, Çinici, Hazel və Süvari tərəfindən iştirakçılara püşkatma yolu ilə müxtəlif hədiyyələr təqdim olunub.

Rəsmi hissədən sonra iştirakçılar arasında qarşılıqlı tanışlıq, fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirə olunduğu netvörkinq sessiyası təşkil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
modern.az

1Mənbələr