Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, hücumun hədəfləri Rusiya Samara vilayətindəki “Novokuibışevsk” və “Sizran” neft emalı zavodları, Leninqrad vilayətində “Lukoil-2” neft yükləmə terminalı və Krasnodar diyarında “Tixoretsk” neft nasos stansiyası olub.
Qeyd edək ki, bu obyektlər Rusiya ordusunun təminatında istifadə olunur.