AZ

Birinci xanım Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib (FOTO)

Antalya. Trend:

Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən AntalyaDiplomatiya Forumu çərçivəsində “Fələstində sülh naminə birləşərək:Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyinqorunması” adlı panel iclas təşkil olunub.

Trend xəbərverir ki, Azərbaycan Respublikasının Birinci xanımı MehribanƏliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanışolublar. Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanıntəşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evininfəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək,onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyigücləndirməkdir.

Türkiyənin Birinci xanımı Əminə Ərdoğanın himayəsi altındakeçirilən tədbir Fələstinə həsr olunan videoçarxın nümayişi iləbaşlayıb.

Tədbirdə çıxış edənlər müharibənin təsirlərinə məruz qalanuşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpası, dəstəkmexanizmlərinin gücləndirilməsi və təhsildə davamlılığın təminedilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığınıbildiriblər.

Türkiyənin Birinci xanımı Əminə Ərdoğan çıxış edərək, tədbirdəveriləcək mesajların dünyanın müxtəlif bölgələrində baş verənmüharibələrin qurbanı olan uşaqlar üçün yeni bir həyatın ümid işığıolacağına əminliyini vurğulayıb. O, uşaqların və gənclərin birmillətin ümidi və sabahı olduğunu deyərək, zorakılığı təşviq edənən xırda amillə belə qətiyyətlə mübarizə aparmağın mühüm rolunatoxunub.

Sonra xatirə şəkili çəkdirilib.

Daha sonra tədbir iştirakçıları Fələstində münaqişə nəticəsindətəhsil sisteminin məhv edilməsinə həsr olunan sərgiyə baxıblar.

Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Seçilən
1
49
az.trend.az

10Mənbələr