AZ

“Milan” Kot d İvuarlı müdafiəçini sıralarına qatmaq istəyir

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

İtaliyanın “Milan” klubu Portuqaliya çempionatının ən yaxşı müdafiəçilərindən biri hesab olunan Ousmane Diomande ilə maraqlanır.

İdman.Biz xəbər verir ki, mənbə yazır ki, İtaliya klubunun nümayəndələri artıq “Sportinq” rəhbərliyi ilə mümkün transferlə bağlı ilkin maraq göstəriblər.

Ousmane Diomande 2023-cü ildən Lissabon klubunun formasını geyinir və bu müddətdə Primer Liqanın ən seçilən müdafiəçilərindən birinə çevrilib.

Transfermarkt portalının məlumatına görə, 22 yaşlı futbolçunun hazırkı bazar dəyəri 45 milyon avro təşkil edir.

Cari mövsümdə Diomande 25 oyunda iştirak edib, 1 qol vurub və 6 sarı vərəqə alıb. Onun “Sportinq”lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
icma.az

1Mənbələr