AZ

Zelim Tçkayev bürünc medalçı olub

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında məğlub olub.

Apasport.az xəbər verir ki, idmançı finala gedən yolda Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub.

Təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. O, belçikalı Mattias Kasseyə qalib gəlib.

Bununla da Tçkayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Cüdo üzrə Liqa yarışının I turuna start verilib

15 cüdoçumuz Avropa çempionatında çıxış edəcək

Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib

"Gələcəyin ümidləri" təlim proqramına seçilən cüdoçularla görüş təşkil edilib

Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib

Seçilən
7
2
apasport.az

3Mənbələr