Bakı. Trend:
Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalardavəfat etmiş şəxslərin kredit borclarının övladları tərəfindənödənilməsi ilə bağlı narazılıq və müzakirələr geniş yayılıb. Mövzuxüsusilə bir vətəndaşın dünyasını dəyişmiş atasının kredit borcunuhissə-hissə ödəmək barədə etdiyi təklifdən sonra daha çox diqqətçəkib.
Məsələnin aktuallığını və ictimai marağı nəzərə alaraq, bumövzunun hüquqi və praktiki tərəflərinə aydınlıq gətirməkistədik.
Şəxs ölübsə, kreditləri kim ödəməlidir?
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis-iqtisadçı Asifİbrahimov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, vəfat edən şəxsinbank borclarının ödənilməsi Mülki Məcəllə ilə tənzimlənir.
Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan RespublikasınınMərkəzi Bankı tərəfindən bu sahə üzrə prudensial qaydalarmövcuddur:
"Burada beynəlxalq standartların tələbləri ilə sosial ədalətprinsipləri nəzərə alınıb. Vəfat edən şəxsin vərəsəsi mirası qəbuledirsə, avtomatik olaraq borcları da qəbul etmiş sayılır.Qanunvericilikdə miras və borc vahid (kompleks) şəkildə nəzərdətutulur. Əgər şəxs mirası qəbul etmirsə, borcu da qəbul etmir".
O qeyd edib ki, bununla yanaşı, sığorta mexanizmi də mövcuddurvə həyatla bağlı risklər baş verdikdə, öhdəliklər sığortatərəfindən qarşılanır.
Asif İbrahimov dünya praktikasından da nümunələrə diqqətçəkib:
"Dünya təcrübəsində də müxtəlif yanaşmalar var. Məsələn,Almaniya praktikasında borcların inventar üzrə ötürülməsi tətbiqolunur: borcun məbləği müəyyənləşdirilir və mirasdan çıxılır. Əgərborc mirasdan çoxdursa, yalnız mirasın dəyəri həddində ödənişedilir; əksinə, miras artıqdırsa, borc çıxıldıqdan sonra qalanhissə vərəsəyə verilir. Böyük Britaniya təcrübəsində isə borclarınprioritet üzrə sinifləndirilməsi aparılır. İlk növbədə dövlətə olanborclar (vergilər və digər öhdəliklər), daha sonra digər borclar, ocümlədən bank öhdəlikləri mirasdan ödənilir.
Ümumilikdə, Azərbaycanda tətbiq olunan mexanizm mülkiqanunvericilik çərçivəsində dünya təcrübəsinə uyğun şəkildəformalaşdırılıb".