AZ

Nazir Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşüb

V Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Görüş zamanı Azərbaycan-Əlcəzairin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
Ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafında mühüm addım kimi qiymətləndirilib.

BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri, Azərbaycanın CICA-ya sədrliyi və gələn il İƏT Zirvə toplantısına ev sahibliyi etməsi müzakirə edilib.
Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin möhkəmləndirilməsi və münaqişələrin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.

  • Nazir
  • Nazir
  • Nazir
  • Nazir
Seçilən
9
9
xezerxeber.az

10Mənbələr