AZ

"Bu, ifaçının "qanad"larını alışdıra bilər"

"Səhnə insandan canını tələb edir. Səhnəyə xanını qoymalısan. Ustadlara baxırsan ki, ifa edəndə musiqi necə ürəkdən gəlir. Dünyanın böyük sənətkarlarını, estrada, klassikada iz qoyanlara baxıram. Orada can, ruh var".

 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov "MTV Azərbaycan"a açıqlamasında deyib.

Müğənni sənətindən danışıb. O bildirib ki, ifaçılığı seçməsəydi, səyahətlə bağlı peşədə çalışardı:

"Diqqətsizlik sənət adamını ruhdan salır. Görünməyən qanadlarını alışdıra bilər. Diqqət insanı, əsasən də sənət adamını yaşadır. Uşaqlıqdan həkim olmaq istəyirdim. Səyahəti çox sevirəm. Əgər müğənni olmasaydım, yəqin səyahətçilərlə bağlı bir peşə seçərdim". (Axşam.az)

"Cebheinfo.az"

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr