AZ

“Azərbaycanla Ermənistan arasında 38 məhsul üzrə idxal ixrac əməliyyatları aparıla bilər”

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Bu məlumat  Dövlət Gömrük Komitəsinin “Xarici Ticarətin Gömrük Statistikasına dair Hesabat”ında öz əksini tapıb. Həmçinin, məlum olub ki, cari ilin yanvar-mart aylarında Azərbaycandan Ermənistana 5,757 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili, iqtsisadçı ekspert Vüqar Bayramov yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasıdna ticarət dövriyyəsinin arta biləcəyini vurğulayıb:

“Azərbaycan sülh gündəliyinə sadiq olaraq Ermənistana enerji məhsullarının ixracını həyata keçirir. Eyni zamanda Ermənistaan yüklərin daşınması ilə bağlı məhdudiyyətlər ortadan qaldırılıb. Bu, Azərbaycanın bölgədəki sülhə töhfəsini və dəstəyini bir daha təsdiq edir.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi, kommunikasiyanın bərpası, o cümlədən, iqtisadi əlaqələrin genişləndirilməsi vacib məqamlardandır. Bu, regionda sülhün möhkəmlənməsinə töhfə verəcək.

Bizim apardığımız qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu, o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında ticarət dövriyyəsi illik olaraq 300 milyon dollar ətrafında dəyişə bilər. Bura birbaşa Ermənistandan Azərbaycana və ya Azərbaycandan Ermənistana edilən ixraclar daxildir.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yükün daşınmasın, eyni zamanda, region ölkələrinin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bundan region ölkələri daha çox vəsait əldə edəcək ki, bu da həm dayanıqlı sülhün bərqərar olması, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır”.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
moderator.az

2Mənbələr