AZ

Yəmənin Baş naziri: Azərbaycanla ticarət və mədəniyyət əlaqələrimizi genişləndirə bilərik

Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb ölkələrimiz arasında münasibətlərimizin gücləndirilməsi imkanlarını müzakirə etdik.

Bunu "Report"un Türkiyə bürosuna Yəmənin Baş naziri və xarici işlər naziri Şai Möhsün əz-Zindani bildirib.

Baş nazir deyib ki, Azərbaycanın XİN rəhbəri ilə görüşündə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi imkanları haqqında danışıblar: "Azərbaycanla iqtisadiyyat, ticarət və mədəniyyət sahəsində əlaqələrimizi genişləndirə bilərik. Bu əlaqələrin genişləndirilməsi üçün görüləcək işlərə gəlincə, xüsusilə mədəni əməkdaşlıq və iqtisadi-ticarət sazişlərinin inkişafı vacib hesab olunur. Bu istiqamətlər bizim üçün böyük əhəmiyyət daşıyır".

Şai Möhsün əz-Zindani təhsil və qarşılıqlı iş mübadiləsi barədə də müzakirələrin olduğunu bildirib: "Bu gün nazirlə söhbətimdə də qeyd etdim ki, uzun illər ərzində bir çox azərbaycanlı mütəxəssislər Yəməndə müxtəlif sahələrdə çalışıblar. Həmçinin yüzlərlə tələbə təhsil almaq üçün Azərbaycana gedib və bəziləri orada fəaliyyətlərini davam etdiriblər.

Ümid edirik ki, bu münasibətlər gələcəkdə də qorunacaq və ölkələrimiz dost dövlətlər kimi əməkdaşlığı davam etdirəcəklər".

Seçilən
39
far.az

1Mənbələr